Almaniyada 158 illik pivə zavodu fəaliyyətini dayandırır
Almaniyanın Aşağı Saksoniya federal torpağında yerləşən Bergbräu pivə zavodu, 158 illik fəaliyyətini başa vuraraq sentyabr ayının sonunda işini dayandıracaq.
Minval.info xəbər verir ki, bu barədə “NDR” televiziyası məlumat yayıb. Məlumata əsasən, müəssisə bazardakı qiymət təzyiqi, xammal, qablaşdırma, enerji və işçi qüvvəsi xərclərinin artması səbəbindən rentabelliyini itirib. İstehsal sentyabrın 30-da dayandırılacaq, son pivə partiyası isə oktyabrın sonuna qədər satışda olacaq.
Qeyd edək ki, zavodun bağlanması nəticəsində 16 əməkdaş işini itirəcək. Uslar şəhərinin meri Torsten Bauer, Bergbräu zavodunu şəhərin tarixinin ayrılmaz bir hissəsi kimi qiymətləndirərək, yerli hakimiyyət orqanlarının Aşağı Saksoniyanın İqtisadiyyat Nazirliyinə müraciət edərək pivə zavoduna dəstək imkanlarını araşdırmağı xahiş etdiyini bildirib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İyulun 31-də hava şəraiti: Yağış, duman və şimşək ehtimalı
HƏMAS-ın tərksilahı Türkiyə, misir və qətərin vasitəçiliyi ilə reallaşıb
50 yaşlı şarliz teron qala gecəsində göz oxşadı
İsrail Hizbullahın tunellər şəbəkəsini partlatdı
ABŞ prezidenti i̇ranla danışıqların bərpası üçün şərtini açıqlayıb
ABŞ altı qurum və fiziki şəxsə sanksiya tətbiq etdi
ABŞ-ın məxfi '51-ci Zona'sında güclü yanğın baş verdi