ABŞ-ın məxfi '51-ci Zona'sında güclü yanğın baş verdi
ABŞ-ın Nevada ştatında yerləşən və sirli ’51-ci Zona’ adlanan hərbi poliqonda ciddi bir yanğın hadisəsi yaşanıb.
Minval.info xəbər verir ki, yanğın ABŞ Torpaqların İdarə Olunması Bürosunun verdiyi məlumata əsasən, ildırımın düşməsi nəticəsində başlayıb. Alov artıq 54 kvadrat kilometrdən çox ərazini əhatə edir.
Yanğının sürətlə yayılmasına səbəb olan güclü külək, yüksək temperatur və aşağı rütubət şəraiti, avqustun 4-dək davam edəcək hava proqnozları ilə daha da pisləşə bilər. Bu isə alovun yeni ərazilərə yayılmasına yol aça bilər.
’51-ci Zona’ ABŞ Hərbi Hava Qüvvələrinin məxfi aviabazasıdır və burada bir çox sui-qəsd nəzəriyyələri mövcuddur. O, Nevada səhrasında, Las-Veqas şəhərindən 134 kilometr məsafədə yerləşir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyanın Ukraynada dəmiryolu stansiyasına hücumu: 13 ölü, 10 yaralı
ABŞ-ın vitse-prezidenti Vance İranla danışıqlar üçün məktub göndərib
İsrail nümayəndəsindən Trampa sərt cavab: Qərarlar Vaşinqtonda alınmır
Albaniyada zorakı aksiyalarda iştirak edənlərə ağır cərimələr tətbiq olunur