İyulun 31-də hava şəraiti: Yağış, duman və şimşək ehtimalı
İyulun 31-də gözlənilən hava şəraiti ilə bağlı məlumatlar təqdim edilib.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Gecə hava temperaturu 22-25° isti, gündüz isə 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.
ƏLAQƏLİ
Aİ Ukrayna üçün əlavə maliyyə axtarışındadır: Kanada və Britaniya da dəstək verəcək?
Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağışların yağması, şimşək çaxması ehtimalı var. Bəzi dağlıq bölgələrdə arabir duman gözlənilir. Şərq küləyi də əsəcək.
Rayonlarda gecə hava temperaturu 22-27° isti, gündüz isə 34-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.
Minval.info
Fransız bankı Arkea kiberhücumdan sonra 133 milyon dollar oğurluq iddiasını təsdiqlədi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da seçki nəticələri: Böyük məğlubiyyətin səbəbləri
ABŞ-da demokratlar qubernator seçkilərində böyük zəfərlər qazandı
Demokratların liderindən xalqa müraciət: Rahatlıq uzaqda deyil
ABŞ-da ara seçkilərdə səsvermə başladı
28 il, 29 ölkə, 57 min kilometr: Dünya səyahətini piyada başa vurdu