Yenin möhkəmlənməsi fonunda tokio fond bazarında artım müşahidə edilib
Tokio fond birjasında ticarət sessiyası Yaponiyanın valyuta müdaxiləsi ehtimalları fonunda əhəmiyyətli artımla başlayıb.
Minval.info xəbər verir ki, sessiyanın açılışından sonra ilk 15 dəqiqə ərzində Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərini əks etdirən Nikkei indeksi 3,57% artaraq 64 074,77 bəndə yüksəlib.
Yerli analitiklərin fikrincə, iyulun 30-u axşam saatlarında Yaponiyanın hakimiyyəti valyuta müdaxiləsi həyata keçirmiş ola bilər. Bu müdaxilə nəticəsində yenin məzənnəsi bir dollar üçün 162 yendən 158 yenə qədər möhkəmlənib. Lakin iyulun 31-i səhər saatlarında yen yenidən zəifləyərək təxminən 160 yen/dollar səviyyəsinə düşüb.
ƏLAQƏLİ
Azərbaycanda ani ödənişlər sistemi ilə əməliyyatların həcmi kəskin artıb
Yaponiyanın maliyyə naziri Satsuki Katayama, müdaxilənin həyata keçirilməsi ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib. Daha əvvəl o, valyuta bazarında spekulyativ əməliyyatlara qarşı qəti tədbirlər görməyə hazır olduqlarını bildirmişdi.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ani ödənişlər sistemi ilə əməliyyatların həcmi kəskin artıb
Hesablama Palatasının altı ayı - 160 milyon hara gedib?
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
"Brent" nefti 100 dolları keçdi
SON DƏQİQƏAzərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Kənd təsərrüfatı üçün 1,2 milyard AYRILACAQ