ABŞ prezidenti i̇ranla danışıqların bərpası üçün şərtini açıqlayıb
ABŞ prezidenti Donald Tramp, İranla sülh danışıqlarının bərpası üçün atəşkəs şərtini irəli sürüb.
Minval.info xəbər verir ki, Tramp, İranın atəşkəsə razılıq verməsi halında danışıqlara başlamağa hazır olduğunu bildirib. Bu barədə “New York Post” qəzetinin məlumatına istinad olunur.
Nəşrin məlumatına görə, atəşkəs, danışıqların başlanması üçün əsas şərt kimi qəbul edilir və ilk addımı İranın atması gözlənilir. Tramp, mümkün qədər tez bir razılaşma əldə etməyə ümid etdiyini vurğulayıb. Lakin o, İranın Fars körfəzində gəmilərə, ABŞ hərbi bazalarına və müttəfiqlərinə hücumları davam etdirəcəyi təqdirdə, bunun ciddi nəticələri olacağına dair xəbərdarlıq edib.
Qəzetin verdiyi məlumata əsasən, tərəflər texniki məsləhətləşmələri davam etdirir və vasitəçilər vasitəsilə əlaqələrini qoruyurlar.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
50 yaşlı şarliz teron qala gecəsində göz oxşadı
Almaniyada 158 illik pivə zavodu fəaliyyətini dayandırır
İsrail Hizbullahın tunellər şəbəkəsini partlatdı
ABŞ altı qurum və fiziki şəxsə sanksiya tətbiq etdi
ABŞ-ın məxfi '51-ci Zona'sında güclü yanğın baş verdi
Şok: Məşhur türk jurnalist Cem Küçük saxlanıldı
İlon Maska bənzəyən aşpaz internetdə fenomenə çevrildi