Almaniya Ukraynaya hərbi maşınların verilməsinə mane olub
Almaniya hökuməti Ukraynaya “Marder” piyada döyüş maşınlarının tədarükünə mane olub.
Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, əsas nazirlərin daxil olduğu Federal Təhlükəsizlik Şurası bir aydır “Rheinmetall” şirkətinin istehsal etdiyi 100-ə qədər “Marder”in ixracı ilə bağlı qərar qəbul etmir.
“Bild” Almaniya Müdafiə Nazirliyinin məxfi sənədinə istinadən bildirib ki, piyada döyüş maşınlarının birinci partiyası altı həftə ərzində, qalanları isə 15 aya qədər müddətə döyüş vəziyyətinə gətirilə bilər.
Qəzetin yazdığına görə, hakimiyyət mart ayında Ukraynaya çatdırılmalara icazə versəydi, o zaman Kiyev bu maşınlardan artıq istifadə edə bilərdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı