03.10.2026 - 15:53
Almaniya prezidenti: Ölkə Weimar dövrü kimi parçalanma riski ilə üzləşir
Dünya 1 baxış

Almaniya prezidenti: Ölkə Weimar dövrü kimi parçalanma riski ilə üzləşir

Almaniya prezidenti Frank-Valter Ştaynmayer, demokratiya əleyhinə ekstremist qrupların yaydığı dezinformasiya dalğası səbəbindən ölkənin İkinci Dünya Müharibəsi öncəsi Weimar Respublikası dövrünə bənzər parçalanma riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Minval.info xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Ştaynmayer, Almaniyanın 1990-cı ildə yenidən birləşməsinin ildönümü münasibətilə etdiyi çıxışda, seçicilərin üçdə birinin əsas hüquqlara qarşı çıxdığını bildirib.

Prezident birbaşa bir partiyanın adını çəkməsə də, azadlıq və demokratiyanı təhdid etdiyini və ölkənin birliyini təhlükəyə atdığını vurğuladığı “ekstremist güclərin dözülməz siyasi demoqoziyası”nı qınayıb.

Şərqi əyalətlərdəki seçimlər iqtidarı sarsıtdı

Keçən ay şərqi əyalətlərdə keçirilən seçkilərdə, sağçı Alternativ Almaniya (AfD) partiyası ən yüksək səs faizinə nail olmuşdu. Paytaxt Berlindəki üçüncü seçimi isə solçu Sol Partiya (Die Linke) qazandı.

Saksoniya-Anhalt və Meklenburq-Forpommern əyalətlərindəki yarışda baş nazir Fridrix Mersin rəhbərlik etdiyi mühafizəkar Xristian Demokratlar tarixinin ən ağır məğlubiyyətini aldı. Keçən il durğunluq yaşayan iqtisadiyyatı canlandırma vədi ilə işə başlayan iqtidar koalisiyası bu nəticələrlə sarsıldı.

Mers hökuməti altında seçicilərin azalan həyat standartları və iqtisadi geriləməyə dair narahatlıqları dərinləşərkən, AfD də bir ildən artıqdır ki, ictimai rəy sorğularında birinci sırada yer almağa davam edir. AfD, özünə yönələn “ekstremist sağ” etiketini rədd edərək, bu nitelemenin ana axın partiyalar tərəfindən partiyanı nüfuzdan salmaq və milyonlarla almanın qəbul etdiyi fikirləri mübahisəyə çevirmək məqsədilə istifadə edildiyini iddia edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: