"Allaha nə cavab verəcəm" - Səidə ağladı
“Ən qorxduğum şey Allaha cavab verməkdir. Həyatdan kiminsə köçdüyünü görəndə, fikirləşirəm ki, bu gün mənim üçün də var. Daimi deyiləm. Mən də öləcəm, Allaha nə cavab verəcəm? Şulux, onun qoyduğu qanunlara cavab verməyən bəndəyəm. Heç vaxt heç kimin haqqına girməmişəm, əzməmişəm. Pislik etməmişəm, amma mənə pislik edəni bağışlamışam. Hər an ölümü fikirləşirəm”.
Bu sözləri müğənni Səidə Sultan “ATV maqazin onlarla” proqramının “33 sual” rubrikasında deyib. Sənətçi rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb.
İfaçı “Maddi dəstəyin hardandır” sözlərinə “Maddi dəstəyim səhnə aldığım yerlərdir. Hansısa kişi gəlsin mənə pul versin? Bəzən olub ki, getdiyim yerdə başıma pul səpiblər. Onda xoşum gəlib” cavabını verib.
Səidə bildirib ki, bir vaxtlar efirə çıxaraq onun haqqında qalmaqallı sözlər deyən nənəsini heç vaxt bağışlamayacaq:
“Doğma evimin içidir, onu bağışlaya bilmərəm”.
Səidə sevgilisindən ayrılmasından, “Ayrı-ayrı” mahnısını ona həsr etdiyini söyləyib:
“Onu yaşamışam. Zaman gəldi ki, oxudum, onunla da hər şey bitdi. Oxuduğum insan var idi, onunla da bitdi. 6-7 illik münasibət həmin nöqtə ilə bitdi. Cəmiyyətimiz bəsdir: el qınağı, müğənnidir. Yaşıyın özünüz üçün. Özüm haqda fikirləşmirəm toy edim, fatada oturum, Səidə toyundur. Keçdi onlar. Seçimimi düz etmirəm, münasibətdə kişini sultan edirəm. İnsanlar elə şey görəndə qudurur”.
https://youtu.be/otx6f0sos8o
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!