Alimlər: “Siqaret çəkənlərin koronavirusa yoluxma riski azdır”
Siqaret çəkən insanların koronavirusa yoluxma riski çəkməyənlərdən dəfələrlə azdır.
“Report” “Federal Press”ə istinadən xəbər verir ki, koronavirusla bağlı araşdırma aparan alimlər bu qənaətə gəliblər.
Məlumata görə, Uhan xəstəxanalarının birində müayinə edilən koronavirusa yoluxmuş 140 şəxsdən yalnız 2-sinin siqaret çəkdiyi məlum olub. Bu isə bütün qrupdan 1,4% təşkil edir. Yəni, ilkin nəticələrə görə, siqaret çəkən insanların virusa yoluxma təhlükəsi 20 dəfə azdır.
Eyni zamanda mütəxəssislər qeyd edirlər ki, koronavirusa yoluxma riski zonasında olanlar əsasən şəkər xəstəsi və ürək problemləri olan insanlardır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 380-ə çatıb. Bunların 68 313 nəfəri sağalıb, 4 635 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Səlim Müslümovun etdiklərini Heydər Əsədov bir başqa formada təkrarlayırdı”
Fotodakı xanım Azərbaycan gözəli seçilib? - AÇIQLAMA
Çingiz Abdullayev: “Mən Bakını qorumaq üçün mitinqə qoşularam”
Heydər Babayevin ailə şirkəti tam çökür - daha 7 firması bağlandı