Alimlər optimal yuxu vaxtını müəyyən etdilər

Avropa Kardioloqlar Birliyinin mütəxəssisləri sağlamlıq üçün optimal yuxu vaxtını müəyyən ediblər.
Oxu.Az xəbər verir ki, müvafiq press-reliz birliyin rəsmi portalında yerləşdirilib.
Araşdırmanın müəllifi, həkim Epayminondas Fontasın sözlərinə görə, bu gün yuxunun ürək-damar sisteminə təsiri ilə bağlı tibbdə az məlumat var.
Araşdırmalar zamanı alimlər davamlı yuxu ilə ürək-damar xəstəliklərinin inkişafının əlaqəsini öyrəniblər. Əvvəllər ürəyi ilə problem yaşamayan bir milyondan çox insan üzərində 11 müayinə aparılıb.
Müayinə edilmiş xəstələri üç qrupa bölüblər: birinci qrupa sutkada səkkiz saatdan çox, ikinci qrupa altı saatdan az, üçüncü qrupa isə 6-8 saat arası yatanlar daxil edilib.
Araşdırmanın nəticəsində alimlər müəyyən ediblər ki, sutka ərzində altı saatdan az yatan insanlarda ürək xəstəliklərinə və insulta olan meyillilik 11 faiz, gün ərzində səkkiz saatdan çox yatan insanlarda isə 33 faizdir.
Beləliklə, az və ya çox yatmağın ürək xəstəliklərindən və insultdan ölüm hallarını artırdığı müəyyən olunub.
Fontas qeyd edib ki, düzgün yuxu sağlam həyat tərzinin əsas hissəsidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
KİV: Arestoviç daha Ukrayna Prezident ofisi rəhbərinin müşaviri deyil
Türkiyədə son 12 saatda ikinci zəlzələ
Putin Mayk Penslə “ayaqüstü” görüşdü
Sabiq azərbaycanlı aparıcı Nyu Yorkdakı gey paradda - FOTO
Cənubi Koreya 2050-ci ilə qədər plastik tullantılardan imtina edəcək
Məşhur şirkətin baş direktoru qadına görə işdən çıxarıldı
Müharibəni başlayan biz olmayacağıq, lakin... - ABŞ-a XƏBƏRDARLIQ