Alimlər: Elektron siqaretlər ölümcül təhlükəlidir
Elektron siqaretin buxarını hətta bir dəfə udmaq ürək-damar sisteminə mənfi təsir edir.
CNN məlumat verir ki, bu xəbərdarlıqla ABŞ-ın Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri çıxış ediblər.
Tədqiqatçılar üzərində təcrübə aparılan insanlarda elektron siqaret mayesinin inqalyasiyasından sonra bud arteriyasında qan dövranının müvəqqəti dəyişdiyini müşahidə ediblər.
MRT müayinəsi qan dövranının hətta nikotinsiz mayedən istifadə vaxtı da dəyişdiyini göstərib. Alimlər hansı mayenin nəticələrə təsir etdiyini müəyyən edə bilməyib.
Tədqiqat müəllifi U.Verli Feliksi qeyd edir ki, bir neçə dəqiqə sonra hər şey normaya düşür, lakin zamanla bu siqaretlərin istifadəsi qarşısıalınmaz nəticələrə gətirib çıxara və ateroskleroz daxil olmaqla, ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.
oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq