Alimlər dırnaq laklarının sağlamlığa ziyan vurduğunu müəyyənləşdirib
Dırnaq laklarının tərkibindəki yüksək toksik maddə insan orqanizminə bərpaolunmaz ziyan vura bilər. Alimlərin gəldiyi nəticə bunu deməyə əsas verir.
Dırnaq lakları qatılaşmasın deyə, onlara formaldegid, parıltı və hamar səth üçün toluol, çatlamaması üçün isə dibutilftalat adlı maddələr əlavə olunur.
“Dibutilftalat insanın endokrinoloji sisteminə ziyan vurur. Bu maddəni bir çox ölkələrdə qadağan ediblər. Folmaldegid isə toksik maddə hesab olunur. Bu maddənin onkoloji xəstəliklərə səbəb ola biləcəyi ehtimal olunur”.
Bu fikirləri Üzvi Kimya İnstitutunun araçdırmaçı mühəndisi Olqa Mulina səsləndirib.
Toksikoloq Yevgeniy Kovalyov isə qeyd edib ki, maddələrin təhlükəli effekti istifadədən on il sonra özünü göstərə bilər. Alim bildirib ki, əsasən lakların istifadə müddəti bitdikdən sonra onlarda toksik birləşmələr yaranır. Kovalyov onu da bildirib ki, bir çox manikür ustaları lakları keyfiyyət və istehsal tarixinə görə deyil, təkcə rənglərinə görə seçir.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq
