Alimlər açıqladı: 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq
2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq.
“Al-Mərsəd”in məlumatına görə, Səudiyyə Ərəbistanının Əl-Qasim Universitetində iqlim elmləri professoru Abdullah əl-Musand astronomik proqnozlara əsasən belə bir iddia ilə çıxış edib.
Onun “Twitter” hesabında paylaşdığı şərhdən belə məlum olur ki, Ramazan ayı 2030-cu ildə iki dəfə başlayacaq: yanvarın 5-də və dekabrın 26-da. O, bunun səbəbi kimi hicri-qəməri təqvimin Günəş təqvimindən 11 gün daha qısa olması ilə izah edib.
“2030-cu ildə Ramazan ayı iki dəfə başlayacaq. Birinci dəfə hicri-qəməri təqvimi ilə 1451 ci ildədir ki, bu da miladi təqvimlə 2030-cu ilin yanvarın 5-nə düşür. Elə həmin il dekabrın 25-də hicri-qəməri təqvimi ilə növbəti Ramazan ayı başlayacaq. Beləliklə, altı gün oruc tutulacaq. 1452-ci ilin Ramazan ayının davamı miladi təqvimlə 2031-ci ildə olacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi