Aktrisanın atası prokurorluğa müraciət etdi: 'Yeraltı' serialında şok iddialar!
Türkiyənin məşhur ‘Yeraltı’ serialında ‘Mələk’ rolunu canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçi ilə əlaqədar ciddi ittihamlar irəli sürülüb.
Minval.info xəbər verir ki, aktrisanın atası Ünal Çiftçi, qızının serialdakı həmkarı Hakan Çələbi ilə münasibət qurduğunu iddia edərək İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğuna şikayət edib.
Ünal Çiftçi, qızının yazışmalarında özündən 10 yaş böyük olan Hakan Çələbi ilə əlaqəsini aşkar etdiyini və bu vəziyyətdən narahat olduğunu bildirib. O, həmçinin qızının menecer şirkəti vasitəsilə həyata keçirilən fəaliyyətlərdə onun razılığının alınmadığını iddia edib.
Şikayətdə, menecer şirkətinin rəhbəri Gözde Yılmaz və aktyor Hakan Çələbi haqqında hüquqi tədbirlərin görülməsi və yetkinlik yaşına çatmayan qızının hüquqlarının qorunması tələb olunub. Ünal Çiftçi, hazırda boşanma mərhələsində olduğu həyat yoldaşının isə bu məsələyə etiraz etmədiyini qeyd edib.
Qarşı tərəfin mövqeyi isə hələ açıqlanmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!