Aktrisadan xəbərdarlıq: "Kim nişanlımın şəklini çəkib yaysa, onu polisə verəcəm”
Bu günlərdə barmağına üzük taxıb, subaylığın daşını atan aktrisa Nigar Babayeva tədbirlərin birinə nişanlısı ilə qatılıb.
Aktrisa bundan sonra hər yerə sevib-seçdiyi insanla qatılacağını deyib:
“Bu gündən sonra belə olacaq. Məni hər yerdə nişanlımla bərabər görəcəksiniz. Nəinki tədbirlərdə, hətta çəkiliş meydançasında da onsuz olmayacam. Ona görə yox ki, mənə inanmır. Sadəcə olaraq, biz bir-birimizdən ayrı qalmaq istəmirik. Hərçənd yaradıcılıq işlərində mənə müdaxilə etmir, amma çəkildiyim hər obrazı da onunla məsləhətləşəcəm.”.
Aktrisa nişanlısının fotolarını çəkməyə icazə verməyib:
“Toyumuz yayda olacaq. Medianı da dəvət edəcəm: gəlib istədikləri qədər şəkil çəkib, yayarlar. Lakin toya qədər kim nişanlımın şəklini çəkib yaysa, onu polisə verəcəm”. Yenicag.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
