"Ailəsi, geyimi ilə gündəmə gəlir" - İzzətdən tənqid
“İndi gündəmə mahnı ilə yox, başqa amillərlə gəlmək olur: kiməsə söz atmaq, saat, ailə, övladla, geyimindəki bir amillə. Amma müğənni mahnı ilə gündəmə gəlməlidir. Yeni ifan yoxdursa, eybi yox. Nə vaxt oxuyarsan, onda da efirə çıxarsan”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “Show news” verilişinə açıqlamasında deyib.
O söyləyib ki, kifayət qədər toylar məclislərində dəvət alır:
“Hər gün 6-7 yerdə oxumağa dəvət alıramsa, deməli, tələbatlıyam. Ayda 5-6 toyum olur. Günə üç dəvətə qatılıram. Heç yerə dəvət alınmasaydım, deyərdim gündəmdən düşmüşəm. Amma beş dəvətdən üçündə mən varsa, deməli gündəmdəyəm.
Mənə o qədər yazırlar mahnını trendə salım. Qayıdıram ki, necə olur? Biri 300, biri 500 manat istəyir. Hətta İnstaqramda videona baxanların sayını 55 minə qaldırmaq təklif edirlər”.
https://www.youtube.com/watch?v=xu3xQCxN6Yw&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!