"Ailəmdən dəyərli heç nə yoxdur" - Safurə
Bu gün “Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyevanın ad günüdür.
Minval.İnfo xəbər verir ki, keçmiş müğənni təəssüratlarını “İnstaqram” səhifəsində paylaşıb. Həyat yoldaşı Fərhad Əliyevlə şəklini yayımlayan Safurə səhnə üçün heç darıxmadığını deyib:
“Bu gün bütün dəqiqələrə və ətrafımda baş verənlərə aludə olmağa çalışdım. Oğlum ağlayıb şokolad istəyirdi, qızım isə özündən böyük gecə geyimində idi. Dərsdən gələn oğlunu götürmək üçün aşağıya enən ata… Bu, həyatda kiçik, amma önəmli olan məqamdır. Allahıma mənə verdiyi gözəl həyata görə təşəkkür edirəm.
Mənə tez-tez verilən “Səhnə üçün darıxırsınız? Yenidən oxumaq istəyirsiniz” sualına cavab verəcəm. Bu da sizə cavabım: Mənim üçün ailəmdən dəyərli heç nə yoxdur. İstəyirəm ki, hər səhərim və axşamım bu cür hadisələrlə açılıb, başa çatsın. Yanında sevdiyin ərin, pozitiv oğlun və gözəl qızın olanda, hər şey əladır”.
Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu ilə ailəlidir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır