“Ailəli olsaq da, onunla bir-birimizi gizli sevirdik” – xalq artistindən etiraf
Xalq artisti Nazpəri Dostəliyeva “Ay Zaur” verilişində qonaq olub.
Minval.info xəbər verir ki, sənətçi mərhum əməkdar artist Məmmədbağır Bağırzadə ilə biri-birlərini sevdiyini açıqlayıb:
“Mən uşaqkən qadın toylarına gedirdim. Məmməbağır Bağırzadənin dörd-beş bacısı var idi. Hamısının qadın toylarını mən eləmişdim. O zaman toylara gedəndə hər kəs məni öz övladı ilə evləndirmək istəyirdi. Onda belə bir fikir Məmmədbağır Bağırzadənin ailəsində də yaranmışdı. Sonra illər keçdi. Mən toylara getmədim. Bu sevgi Məmmədbağırın qəlbində qalmışdı. Mən ailə qurdum, onun da gözəl ailəsi oldu. Amma o sevgi unudulmaz sevgi idi. Onun da, mənim də ürəyimdə gizli sevgi kimi qaldı”.
Xalq artisti aparıcının “Bəs, niyə münasibətinizi açıqlaya bilmədiniz?” sualına: “Çünki hər iki tərəfdən razılıq olmadı. Sevgi onun həyatının sonuna və bu günə qədər hörmət, izzət kimi qalıb. O, mənə çox mahnılar həsr edib, “Naz-naz” və sair” – deyə, cavab verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Britaniya kəşfiyyatı “Azovstal”dakı son durumu açıqlayıb
Alimpaşa Məmmədovun həbs müddəti uzadıldı
Bakıda maşın qəfildən alışdı, tıxac yarandı - VİDEO
Afət Fərmanqızı Rusiya vətəndaşlığını aldı - QANUNSUZDUR?
Kəlbəcər atəşə TUTULDU
“4 uşaq anasıdır, əri hara baxır?” - Elnarə bu fotolara görə tənqid edildi