17.09.2026 - 19:54
Ölkə 15 baxış

Bakıda sabah yağışsız hava, mülayim külək gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz isə 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.

Minval.info xəbər verir ki, Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz isə 30-35° isti olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: