"Ai-92"nin keyfiyyətində problemlər var
“Yanacağın qiymətinə və keyfiyyətinə nəzarət tədbirləri həyata keçirilir. 2020-ci ilin sonuna olan rəqəmlərə görə, 36 yanacaqdoldurma məntəqəsi üzrə yoxlamalar aparılıb və böyük əksəriyyətində kənarlaşmalar müşahidə olunub. Vətəndaşlar tərəfindən daxil olan şikayətlər öz təsdiqini tapıb”.
“Minval.İnfo” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli Modern.az-ın Ai-92 markalı benzinin keyfiyyətilə bağlı şikayətlərə dair sualını cavablandırarkən deyib.
Xidmət rəsmisi qeyd edib ki, istehlakçıların dediklərində həqiqət var:
“Çünki yanacağın keyfiyyətində problemlər var. Yanacağın keyfiyyətilə əlaqədar standart hazırlanıb. Standartlaşdırma İnstitutu tərəfindən yanacağın istehsalından başlayıb vətəndaşa çatanadək standartlar müəyyənləşib. Həmin standartlar razılaşma mərhələsindədir. Ümid edirik ki, həmin standartlar tətbiq edildikdə, qeyd edilən problemlər aradan qalxacaq”.
Azərbaycanda Ai-92 markalı benzinin satış qiyməti Tarif Şurasının 20121-ci il 4 yanvar tarixli qərarı ilə artırılıb. Bildirilib ki, bu addım ölkədə istehsal edilən mühərrik yanacağının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə atılır. Həmin qərarla Ai-92 markalı benzinin satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Bahalaşmadan sonra Ai-92 markalı benzinin keyfiyyətinin yaxşılaşacağı gözlənilirdi. Amma bu, baş vermədi… Sürücülər son vaxtlar Ai-92 markalı benzinin keyfiyyətinin daha da pisləşdiyinii bildirirlər. Halbuki, məntiqlə qiymət artdıqca, keyfiyyət də yaxşılaşmalı idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər