Ağır yol qəzası: Ölən və yaralananlar var

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.İnfo APA-ya istinadən xəbər verir ki, mayın 1-də axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı iki minik maşının toqquşub.
Nəticədə Zərdab rayon sakini, 1943-ci il təvəllüdlü Xəlil Səbili oğlu İsmayılov ölüb.
Kürdəmir rayon sakinləri- Sənan Aloğlan oğlu Həsənov, Mənsimə Qulam qızı Həsənova, Ofelya Pənah qızı Həsənova, Zərdab rayon sakinləri- 11 yaşlı Xəlil Saleh oğlu İsmayılov, 68 yaşlı Əsmər Hacıkişi qızı İsmayılova, 57 yaşlı Ağaveys Ağali oğlu Yusifov isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət Komitəsindəki pozuntular Baş Prokurorluq tərəfindən araşdırılacaq
Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu
Azərbaycanın pulunu oğurlayanların məhkəməsi başlayıb
Azərbaycanda yeni avtomobil yolunun açılışı olub
Direktorun oğlu da daxil, şagirdlər məktəbdə elektron qəlyan çəkirlər?
Vətəndaşlar “Min bir gecə”dən şikayət etdi: giriş pulludur - Reyd başladı
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ