SON DƏQİQƏAğdamı yandıran PUA ilə TUTULDU - ANBAAN VİDEO
Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğınların səbəbləri ilə bağlı aparılan araşdırmalar nəticəsində şübhəli şəxs müəyyən edilərək saxlanılıb.
Minval.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmalar zamanı əraziyə qaldırılan pilotsuz uçuş aparatı (PUA) və videomüşahidə kameralarının görüntüləri təhlil edilib. Toplanmış materiallar əsasında Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırıldığı müəyyən olunub.
İlkin araşdırmalara görə, hadisəni 77-PT-225 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynliin törətməsinə dair əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda Səbuhi Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, eləcə də əmələ hüquqi qiymət verilməsi istiqamətində prosessual tədbirlər davam etdirilir.
XƏBƏRİN VİDEOSU
Xarici saytda yerləşdirmək üçün Embed Kodu:
ƏLAQƏLİ
Ağ Ev yaxınlığındakı hücumun təfərrüatı bəlli oldu: 55 yaşlı həkim 1 milyonluq mənzilində
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş