31.08.2019 - 18:40
Hadisə 1 baxış

Ağcabədi sakini əmisi nəvəsinin gözünü çıxarıb

Ağcabədi rayonunda 12 yaşlı yeniyetmənin gözü küt alətlə çıxarılıb.

“Report” xəbər verir ki, bununla bağlı zərərçəkənin atası Ağcabədi Rayon Polis şöbəsinə müraciət edib.

Ağcabədi rayon sakini, 1980-ci il təvəllüdlü Ehtiram Hüseynov polisə bildirib ki, ötən il əmisi oğlu Nicat Hüseynov küt alətlə onun oğlunun gözünü çıxarıb. Hadisənin hansı zəmində baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: