Ağakərimin oğlundan Nazilənin ittihamlarına - Cavab

Meyxanaçı Ağakərimin oğlu Kamil Novruzov şair Nazilə Səfərlinin onların ünvanına səsləndirdiyi iddialara cavab verib.
Məsələ ilə bağlı Minval.info-ya danışan Kamil bildirib ki, N.Səfərli onlara şər atır:
“Bu insandan soruşan lazımdır ki, sən bu məlumatları haradan alırsan? Bu qədər uydurmalar olar? Atamın bir evi var, o da hazırda yaşadığımızdır. Onu da satmırıq.
Atam yeni xəstələnən vaxtında torpaq sahəmiz var idi, onu satdıq. Həmin pulu da atamın müalicəsinə xərclədik. Daha sonra atamın müalicə xərcini Heydər Əliyev Fondu üzərinə götürdü. O vaxtdan da atamı diqqətdə saxlayırlar.
Nazilə Səfərlinin bu söhbətlərindən yoruldum. Nə etmək istəyir başa düşmürəm. Onun dediyi bu şayiələr, yalanlar vicdanlı insana yaraşan hal deyil. Bu qadınla bizim əvvəllər də heç bir tanışlığımız olmayıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Leyla Şıxlinskaya uzun fasilədən sonra səhnədə
Tünzalə Ağayeva və Nəsimidən möhtəşəm duet təqdimatı
Niyaməddin Musayevdən sağlamlıq sirri: Hər səhər idman!
Flora Kərimova: Afətlə barışmadım, yalan xəbərdir!
Porsche Cayenne üçün simsiz şarj Avropada satışda
Süni intellekt: Təhlükəsizlik və tənzimləmə çağırışları!
Yeni Sumqayıtda mənzillər: 12 000 manatdan başlayan fürsətlər!