AFFA-dan şok tələb: "Pulumu verin, millidə oynayım!"
Yaxınlarda “Alkorkon”dan “Albasete”yə keçən Eddi İsrafilov millinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uelslə səfər, Xorvatiya ilə ev oyunlarına dəvət almayıb.
Nikola Yurçeviç zədəsini yenicə sağaltdığı üçün yarımmüdafiəçini yığmanın düşərgəsinə çağırmadığını bildirib.
Milliləşdirilən futbolçunun ölkəmizin bir nömrəli komandasından kənarda qalmasının səbəbi başqadır.
İsrafilov AFFA-dan ona çatacaq pulu tələb edir. Məsələ ondadır ki, federasiya 2015-ci ildə Azərbaycan yığmasını seçməsi müqabilində Eddiyə müəyyən məbləğ “boyun olub”.
Qurum həmin vəsaiti hələ tam ödəməyib. İsrafilova çatacaq məbləğdən 300 min dolları qalıb. AFFA rəsmiləri 27 yaşlı oyunçunu dilə tutsa da, o, pulunu almayanadək geri dönməyəcəyini bildirib. (Sportinfo.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropanın rəmzi komandası açıqlanıb
Futbolçunu oyun zamanı ildırım vurdu
Messi İtaliyada oynaya bilər
“Bavariya” Ronaldodan niyə imtina etdi?
Nurməhəmmədovun Meyvezerlə döyüşünün tarixi açıqlandı
“Qarabağ”ın Çempionlar Liqasındakı ilk oyunu göstərilməyə bilər
"Neftçi" Türkiyədə qələbə qazandı