"Afaq Gəncəlidən artıq olacaqsınız?" - Prodüserdən aparıcılara
Prodüser Mədinə Məlik aparıcılar Vüsalə Əlizadə və Zümrüd Bədəlova ilə bağlı qalmaqallı açıqlama verib.
Axşam.az xəbər verir ki, o, “Tarixin bir günü” proqramında aparıcılara zəng vurduğunu, ancaq onların cavab vermədiyini söyləyib:
“İllərlə tanıdığım aparıcı, 20 ildir şou-biznesdəyəm. Söhbət Vüsalə Əlizadə və Zümrüd Bədəlovadan gedir. Göylə getməyin, yerdə gəzin. Görürsüz, Mədinə zəng edir, illərdi tanıyırsız. Birincisi sizə efir üçün yox, sponsor dostum verilişinizə istəyirdi deyə zəng etdim. Səni 50 dəfə gecə ikidə, üçdə maşınıma mindirib evinə sürən adamam.
Afaq Gəncəlidən artıq olacaqsınız? Ona zəng edirəm, “can” deyir. Vüsalə Əlizadə xanımın köməkçisi götürür, vaxtı yoxdur. Zümrüd Bədəlova məni lap öldürdü. Deyirəm, Zyuma. Qayıdır ki, Zyuma? Zümrüd xanım. Sadə olun, bir-birimizin arasında sadə olaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır