Afət Fərmanqızının həyat yoldaşı saxlanıldı - VİDEO
Müğənni Afət Fərmanqızının bir müddət əvvəl ailə qurduğu Mamed Nanacanov adlı şəxs polis tərəfindən saxlanılıb.
Minval.İnfo xəbər verir ki, o, bu barədə İnstaqram hesabından paylaşım edib.
Müğənni bildirib ki, buna səbəb onun bir şəxsi təhqir etməsi olub:
“Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Mamacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır? Vaqif İsayevin məndə səsyazısı da var. Deyir ki, canımın qorxusundan mən həbs etdirdim”.
Afət əlavə edib ki, həyat yoldaşı Rusiya vətəndaşıdır və orada çalışır.
https://www.instagram.com/p/CZaGqgXsQA5/?utm_source=ig_embed&ig_rid=f4de10a7-4876-4a4d-9d26-dd7df8a3ae86
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır