Afət Fərmanqızı boşanmasından danışdı: "Elmli insanla elmsiz insanda alınmır" - VİDEO
ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Afət Fərmanqızı olub.
Müğənni boşanmış qadınların yenidən ailə qurması məsələsinə toxunub:
“Azərbaycanda mental dəyərlər başqadır. Elə boşanmış xanımlar var ki, onun namus və qeyrətinə heç kim, heç nə deyə bilməz. Mən də pis baxmıram. Oğlum kimi istəyib alsa, qarışmaram. Birinci soruşaram, xanım nəyə görə boşanıb. Səbəbi bilib nəticəyə gəlmək olar. Səbəb məlum olmayanda və yaxud da xoşagəlməz olanda, təbii ki, mən də istəmərəm”.
Daha sonra Afət Fərmanqızı özünün də boşanma səbəbindən danışıb:
“Birinci dəfə anlaşa bilmədik. Bəzən 15 il birlikdə yaşayırlar, axırda da deyirlər ki, anlaşa bilmədik. Anlaşa bilmədinsə, 2,3 uşaq, 15 il nədir? O, yalan sözdür. Amma mən evliliyimin 2-ci ilinə girəndə ayrıldım. Gördüm ki, onunla uzun yola çıxa bilməyəcəm. Ailədə elmli insanla elmsiz insanda alınmır. O da gözəl insandır, insanlığına bir şey demirəm”.
https://youtu.be/di5MJVvXuyQ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi