ADNA-dakı terrorla nə etmək istəyirdilər, nə oldu? - MÜNASİBƏT

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA, hazırkı ADNSU – red.) törədilən qanlı hadisədən artıq 10 il ötür.
Bu hadisə üstündən illər keçsə də unudulmayacaq. Çünki, bu, elə bir hadisədir ki, hər birimizin qəlbində dərin yaralar açıb. Bu hadisə zamanı 13 vətəndaşımızı – 13 insanı itirdik, 10-dan artıq insanımız ağır yaralandı. Ona görə 30 aprel hadisəsini unuda bilmərik və buna haqqımız da yoxdur.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldar İbrahimov onuncu ildönümünü qeyd etdiyimiz ADNA terroru ilə bağlı fikirlərini bölüşərkən deyib.
Millət vəkili bildirib ki, buna hansısa kriminal hadisə kimi baxmaq olmaz:

ƏLAQƏLİ
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
“Bu hadisəni törətməklə elə bilirdilər ki, Azərbaycanda yenidən qeyri-sabitlik yaranacaq, Azərbaycan gəncləri ruhdan düşəcək, mənən sınacaqlar. Amma hər şey yenə əksinə oldu.
Bu hadisədən də, bu sınaqdan da Azərbaycan xalqı, Azərbaycan dövləti yenə alnıaçıq, başıdik çıxdı, onu sarsıtmaq, yolundan döndərmək, xaosa, anarxiyaya sürükləmək mümkün olmadı”.
Millət vəkili Məlahət İbrahimqızı da 30 aprel terrorunun Azərbaycan xalqının tarixində ən ağır hadisələrdən biri olduğunu və bu hadisənin arxasında, xüsusilə, Azərbaycan gəncliyinin gözünü qorxutmaq niyyəti güdüldüyünü bildirib:

“30 aprel hadisəsində Azərbaycan dövləti, ölkə rəhbərliyi, hüquq-mühafizə orqanları bir daha Azərbaycan vətəndaşının yanında, onun təhlükəsizliyini təmin etmək üçün hər şeyə hazır və qadir olduğunu ortaya qoydu. Bu hadisə xalqımızı, dövlətimizi sarsıda bilmədi. Xüsusilə də, gənclərimiz Azərbaycan dövlətinin, Azərbaycan xalqının gələcəyi, təhlükəsizliyi üçün hər zaman ayaqda, ayıq-sayıq olduğunu nümayiş etdirdi. Belə bir gənclik ancaq təqdirə və alqışa layiqdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür
Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür
Əslində Molla Pənah Vaqif kimdir? - ARAŞDIRMA
Cəlilabadda alban dövrünə aid tarixi nümunələr aşkarlanıb