Adını dəyişən Rza Zərrabın Mayamidəki lüks həyatı - Fotolar

2016-cı ildə Mayami şəhərində bank fırıldaqçılığı və ABŞ-ın İrana qoyduğu embarqonu pozması ittihamı ilə həbs edilən cənubi azərbaycanlı iş adamı Rza Zərrabın lüks həyatı ortaya çıxıb.
Minval.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, adını dəyişdirərək Aaron Qoldsmit edən iş adamı bu ilin iyulundan Mayamidəki göydələnlərin birində yaşayır. Dəyəri 3,6 milyon dollar olan 3 otaqlı evin şəxsi lifti və 2 hovuzu var. Sözügedən evin aylıq icarə haqqı isə 10 min dollardır.
Qeyd edək ki, Florida ştatında yarışlara at hazırlayan “Next Level Performance Center” adlı şirkət açan biznesmen 2011-ci ildə türkiyəli müğənni Ebru Gündeşlə evlənib. Onların bu nikahdan bir qızı var. Cütlük bu ilin mayında boşanıb. Rzanın Gündeşə Hadisə ilə xəyanət etdiyi iddia olunub.
Rza Zərrab 2016-cı ildə ABŞ-da həbs olunub, daha sonra ev dustaqlığına buraxılıb. İş adamının 2017-ci ildən azadlıqda olduğu deyilir. R.Zərrab hətta 2018-ci ildə Nyu-Yorkda restoranlardan birindən çıxarkən görüntülənib.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zenfiraya ağır itki - Foto
Vüsalə Əlizadə xəstəxanaya yerləşdirilib
Azərbaycanlı aktrisa: “Sevgilim 6-7 uşaq istəyir” - FOTO
“Pis qadının başı kəsilməlidir” - Nadir Qafarzadə
"Youtube"dan ayda 2500 dollar qazanıram" - Şəbnəm