Adi insanların girə bilmədiyi ən gizli məkanlar - FOTOLAR
Yer kürəsində bəzi məkanlar vardır ki, adi insanların girişinə icazə verilmir.
Bu tip yerlər adətən hərbi məqsədlərlə istifadə olunan yerlərdir. Ancaq bəzi ərazilər də vardır ki, burada olanlar bütün dünyadan dəqiq bilinməyən səbəblərə görə gizlədilir.
Minval.İnfo bu səfər daxili sirr kimi qorunan və adi insanların girişinə icazə verilməyən məkanlardan bəhs edəcək.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Vatikan kitabxanasının gizli arxivi
Bir çoxumuz bu yer haqda az-çox biliyə malikdir. Burada ən qədim tarixi kitablar və yazılı tapıntılar qorunur. İndiyə qədər çox az adam bu kitabxanaya buraxılıb. Yalnız 1800-ci illərdə ekspertlər kitabların tədqiqatı üçün kitabxanaya buraxılıb.
“Coca-cola” formulasının saxlanıldığı yer
1886-cı ildə əczaçı Con Pemberton “Coca-cola” içkisini kəşf etdikdən sona bu içki Amerikada tez zamanda məşhurlaşır. Hazırda “Coca-cola”-nın reseptinin Corciyada saxlanıldığı məlumdur. Burada turistlər məkanı gəzə bilər lakin resepti heç kəs görə bilməz.
Disney klub 33
Bu klub zəngin insanların toplandığı və əyləndiyi bir klubdur. Ünvanı bilinmir. Yalnız bura qəbul olunduqdan sonra ünvanı öyrənmək olur. Kluba üzv olmaq da bir o qədər ucuz deyil. Üzvlük haqqı 25000 dollardır və bundan əlavə kluba hər il 10 000 dollar pul ödəmək gərəkdir.
Ofis 39
Şimali Koreya liderlərinin xüsusi olaraq tikdirdiyi bir otaqdır. Bu nəhəng otaqda liderlərin xarici valyutalar saxladığı düşünülür. Yəni bir növ xəzinə otağıdır.
“Pine Gap”
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Avstrailyada yerləşən bu məxvi stansiya deyilənlərə görə bütün dünyadan minlərlə elektron cihazın dinlənildiyi və qeydə alındığı yerdir. Həmçinin bu stansiyada kosmik proseslərin qeydə alındığı məlumdur.
51-ci bölgə
Bu haqda demək olar bilməyən yoxdur. Amerikada yerləşən bu stansiyada ən məxvi əməliyyatlar keçirilir. Bir çox iddiaya görə bu stansiyada yadplanetlilərlə bağlı bir çox tapıntı saxlanılır. Ərazinin ünvanı isə sirr kimi qorunur.
Tamerlan Mehdi
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar




