Acun TV8 neçəyə almışdı? - MƏBLƏĞİ AÇIQLADI
Acun Ilıcalı “TV8” telekanalını satıb-satmayacağı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.
Fed.az bildirir ki, “tv100″ün qonağı olan TV rəhbəri bu barədə düşünmədiyini bildirib:
“Hazırda 76 ölkədə veriliş yayımlayırıq. Rumıniya və Kolumbiyada uğurlu mövsümlər keçirdik. “Acun Medya” olaraq ölkə xaricində daha çox gəlir əldə etdik. Bu, Türkiyədə qazandığımızın beşqatı idi. Amma Türkiyədə çox xoşbəxtəm və xaricə köçmək barədə düşünmürəm. Mən küçələrdə yaşayan biriyəm. Bu yaxınlarda Almaniya bazarına da girməyi planlaşdırırıq”.
Acun çıxışında “TV8” telekanalını necə alması ilə bağlı da danışıb:
“O vaxt kanalı 70 milyon dollara aldım. Bu, önəmli sərmayə idi. 70 milyonu necə qazanmışdım? Bu, 10 il birinci olmağımın nəticəsi idi. Buna görə də o qədər pulu yığmağım normaldır. Bu məbləğin yarısı nağd idi, yarısı da kredit. “Show TV”dən 100 milyon alacağım var idi. 4 il mənə pul ödəyə bilmədilər. Mənim isə banklara 50 milyon boorcum var idi. “Show Tv” batsaydı, 7 ildə 700 dəfə birinci də olsaydım, mənfi 50 milyonla ortada qalardım”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!