"Açıq-saçıqlığa görə Fəxrəddin Manafovla filmə çəkilməkdən imtina etdim" — Elnarə
Bu barədə “Ölkə.Az”-a açıqlama verən sənətçi bildirib ki, açıq-saçıq səhnələrə görə təklifə müsbət cavab verməyib: “Özbəkistanda filmə çəkilmişəm. Moskvada Maksim Qorki adına studiyada reklama çəkilmişəm. Yəni, bilirəm ki, bu nə deməkdir. Normal rol təklif olunsa, öhdəsindən gələrəm.
Fəxrəddin Manafovla bir filmə dəvət almışdım. Ssenarini oxudum, gördüm ki, mənlik deyil. Çünki orada açıq-saçıq səhnələr vardı. Halbuki Fəxrəddin Manafov kimi böyük aktyorla məmnuniyyətlə çəkilərdim. Sadəcə, orada çimərlik geyimində səhnələr olduğu üçün imtina etdim”.
E.Xəlilova bildirib ki, hətta yüksək qonorar müqabilində də açıq-saçıq səhnələrə çəkilməz:
“Yüksək məbləğdə qonorar təklif olunsa da, razılaşmazdım. Amma bəlkə 10-15 il öncə təklif olunsaydı, uşaqlıq ağlımla çəkilərdim. İndi açıq-saçıq şeyərə çəkilmərəm. Çünki uşaq deyiləm, özüm boyda qızım var (gülür)”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
