Картинки по запросу Vidadi ZeynalovHəbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş. Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır.

Musavat.com xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama ilə gündəm olmuşdu.

Belə ki, Şamaxının Məlhəm kəndində özünə məxsus restoranı işlədən Vidadi Zeynalov bu addımını belə izah etmişdi ki, ac qalmaq fikri yoxdur.

“Rose Park” adlı restorana ümumi nəzarəti özünün etdiyini deyən V.Zeynalov toyuq-cücə saxladığını, taxıl əkdiyini də bildirmişdi: “Acından ölən deyiləm ki?”.

"Rose Park" şamaxı ile ilgili görsel sonucu

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin son paylaşımı isə göstərir ki, sabiq aparat rəhbəri heç də özünün dilə gətirdiyi kimi kasıblamayıb.

C.Həsənli rəsmi sənədlərə istinadən yazır ki, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun və hazırda “Rabitəbank”ın “Mərkəz” filialının direktoru olan kürəkəni Nəriman Muradovun İstanbulun Şişli bölgəsində şərikli inşaat şirkəti var.

Şirkətin adı “PLZ Star Eğitim İnşaat Gıda Sanayi ve Dış Ticaret Limited”dir.

Eğitim İnşaat Gıda Sanayi ve Dış Ticaret ile ilgili görsel sonucu

Şirkət inşaat sektorunda demək olar ki, bütün xidmətləri göstərir.

Şirkətin baş hərfləri “PLZ” oxuculara heç də yad deyil.

Belə ki, “Rabitə işi” çərçivəsində məhkəmə iclasları davam edərkən Vidadi Zeynalovun özünün və ailə üzvlərinin adına olan şirkətlər və əmlaklar haqda musavat.com olaraq məlumat vermişdik.

“Rabitə işi” üzrə istintaq materiallarında yer alan məlumatlar sırasında bir neçə özəl şirkətin nazirliklə əməkdaşlığı diqqət çəkirdi. Həmin şirkətlər nazirliyin tabeliyində olan müəssisələrdə, telefon qovşaqlarında təmir-tikinti işlərinin aparılmasında, poçt xidmətlərinin göstərilməsində iştirak edib. Özü də Vidadi Zeynalovun və sabiq nazir Əli Abbasovun “krışalığı” ilə.

Vidadi Zeynalovun və sabiq nazir Əli Abbasov ile ilgili görsel sonucu

Bu şirkətlər arasında diqqət çəkənlər əsasən “Qafqaz-S İnşaat” MMC və “PLZ” MMC idi.

“Qafqaz-S İnşaat” MMC sabiq nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub.

“PLZ” MMC isə Vidadi Zeynalova məxsus olub və şəxsən özü tərəfindən nəzarətdə saxlanılıb. “PLZ” V.Zeynalovun övladları Pərviz, Lalə və Zeynalın baş hərflərindən ibarət olub.

MMC-nin faktiki sahibi Vidadi Zeynalov özü olub və mühasibatlığa da o nəzarət edib. MMC-nin təsisçisi Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev olsa da bu formal xarakter daşıyıb.

Rabitə nazirliyində təmir-tikinti işləri ilə əlaqədar keçirilmiş tender və kotirovka sorğuları zamanı “PLZ” MMC, “Qafqaz-S İnşaat” MMC, “Fərid R” MMC, “Real-Tikinti Quraşdırma” MMC və “Violin Travel” MMC qalib edilib.

Bundan əvvəl isə “PLZ.” MMC nazirliyin müəssiələrinə aid yerli və beynəlxalq poçt daşınması və təmir işləri ilə məşğul olub.

Yerli daşınmalar əsasən Bakı şəhəri ərazisində həyata keçirilib və bütün yerli daşınmaları MMC-nin öz kuriyerləri həyata keçiriblər. Təxminən 7-8 nəfər məktubların daşınması işləri ilə məşğul olub. Beynəlxalq poçt daşınması ilə əlaqədar isə MMC-nin “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzi, 1 saylı Poçt filialı və “Azəreksprespoçt” RM-lə müqavilələri olub, beynəlxalq daşınmalar da məhz həmin təşkilatlar vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V.Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsinin təşkilində təqsirləndirilirdi.

Ä°lgili resim

Bakı Apellyasiya Məhkəməsi onun cəzasını azaldıb. Bu ilin mart ayında isə azadlığa buraxılıb.

Onu da qeyd edək ki, Vidadi Zeynalovun özünün və yaxınlarının adına plan fantastik əmlakının sayını da eksklüziv olaraq musavat.com dərc edib.

Məhkəmə istintaqı dövründə Vidadi Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulmuşdu. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına idi. Məlumata görə, Zeynalov dövlətə vurduğu zərəri ödədikdən sonra əmlakları üzərindən həbs qərarı götürülüb.

Həmin siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://musavat.com/news/kriminal/hebsde-olan-vidadi-zeynalovun-fantastik-sayda-mulkleri-43-milyonluq-emlakin-tam-siyahisi-ekskluziv_412271.html