ABŞ yeni koronavirus testlərini sınaqdan keçirir
ABŞ-ın Qida məhsullarının və Dərmanların keyfiyyəti üzrə Sanitar Nəzarət İdarəsi (FDA) koronavirusla bağlı daha üç yeni test sistemini bəyənib
Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.
Qeyd edilir ki, bununla da ölkədə artıq yeddi belə test növü qeydə alınıb. Testlər COVID-19-u aşkar etməyə imkan verəcək.
Testlərin istehsalı ilə bağlı icazə “DiaSorin”, “Ortho-Clinical Diagnostics” və “Autobio Diagnostics” şirkətlərinə verilib. Bununla belə, onları tətbiq etmək yalnız xüsusi icazə verilmiş laboratoriyalarda mümkündür
Telekanal qeyd edib ki, koronavirus pandemiyası şəraitində test sistemlərinə daha az tələblər var. Buna səbəb kütləvi yoxlamanın xeyri potensial riskləri ötməsidir. FDA etiraf edib ki, hər üç istehsalçının testlərinin nəticələri müsbət və ya mənfi də ola bilər.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Huawei"in yaradıcısından açıqlama
Gürcüstanda koronairusa yoluxan azərbaycanlı tam sağaldı
Stalinin sirr saxladığı məşuqələri - Fotolar
Türkiyədə hərbi bazaya hücum oldu - Ölən və yaralanan var
Ceki Çanın qızı küçədə yaşayır, yardım dilənir - FOTO
Moskvada pis hava şəraiti ilə bağlı xəbərdarlıq
Venesueladakı sorğunun nəticələri Maduronu məyus etdi