ABŞ sədləri aşdı, bütün dünyanı hədələdi
Birləşmiş Ştatlar Rusiyadan S-400 zenit raket kompleksləri alacaq bütün ölkələrə sanksiyalar tətbiq edə bilər.
Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert keçirdiyi ənənəvi brifinqdə bildirib.
“Biz bütün dünyada tərəfdaş və müttəfiqlərimizin S-400 zenit raket komplekslərini mümkün almasına qarşıyıq” – deyə Noyert bildirib.
Türkiyədən başqa S-400 alışına görə digər ölkələrə də sanksiya tətbiq oluna bilərmi sualını Nauert müsbət cavablandırıb.
O, həmçinin Türkiyəyə S-400a raketlərinin vaxtından əvvəl çatdırılmasına görə də narahat olduğunu bildirib: “Əgər bu belədirsə.., bu bizi narahat edəcək. Türkiyə kimi NATO üzrə müttəfiq S-400-dən istifadə edirsə, bu bizim siyasətimizə ziddir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda kütləvi dava: “Emil 444” qətlə yetirildi - Videolar
Mehman Hüseynovun anası dəfn edildi
"Düşünürəm ki, xalqımız bizi ruhdan salmayacaq" - Ərdoğan
“Köçkün yataqxanalarındakı silsilə yanğınlar ciddi siqnaldan xəbər verir”
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub RƏSMİ