ABŞ indi də Venesuelaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edir
ABŞ Konqresində “Venesuelaya təsir göstərən” Rusiya və digər xarici ölkələrin vətəndşalarına qarşı sanksiyalar tətbiq olunması barədə qanun layihəsi hazırlanıb.
Sənəd “Rusiya hökuməti adından Venesuelanın təhlükəzilik qüvvələrinə birbaşa dəstək verən şəxslərin” Birləşmiş Ştatlara gəlməsinə və onlara viza verilməsinə xüsusi məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutub.
Bundan başqa, belə bir vizaya malik əcnəbilərin dərhal bu hüquqlardan məhrum edilib ölkələrinə geri göndərilməsi tələb olunur.
Qanun layihəsinin mətnində Rusiyanın Qərb yarımkürəsində mövcudiyyətini artırdığı və bu gəlişmənin ABŞ-da və bütöbvlükdə bölgədə xüsusi narahatlıq doğurduğu vurğulanıb.
Xüsusilə müəlliflər keçən ilin dekabrında Rusiyanın iki ədəd ağır Tu-160 strateji raket daşıyıcı təyyarəni, An-124 ağır hərbi nəqliyyat təyyarəsini və uzun magistrallı İl-62 hərbi təyyarəsi göndərdiyini xatırladıblar.
Layihədə rəsmi Moskvanın Maduro rejiminə ciddi maliyyə dəstəyi verdiyi qeyd olunur. Məsələn, bu ilin martın 12-də dövlət katibi Maykl Pompeo Rusiyanın sanksiyalara rəğmən Venesueladan neft almaqda ittiham etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ