ABŞ-da qəzada ölən azərbaycanlı gəncin FOTOLARI
ABŞ-da azərbaycanlı gənc avtoqəzada dünyasını dəyişib.
Minval.info Trend-ə istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Ramiz Quliyev yük avtomobilinin sürücüsü olub. O, ötən gün səhər saatlarında Nevada ştatında qəzaya uğrayaraq dünyasını dəyişib.
Dostlarının söylədiklərinə görə, Ramiz Özbəkistanda yaşayıb və orada ailəsi olub. Onun 8 yaşlı bir qız övladı olduğu deyilir. Hazırda yaxınları onun meyitini ailəsinə göndərmək üçün yardım kompaniyasına başlayıblar.
ABŞ polisinin açıqlamasında deyilir ki, Ramiz Quliyev əks yola çıxaraq qəza törədib və nəticədə özü də daxil olmaqla daha bir nəfər sərnişin ağır bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qəzada daha iki minik avtmobilinə də ziyan dəyib.
Minval.info


ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı