ABŞ-da öldürülən Nail kimdir? (FOTO)
Xəbər verdiyimiz kimi, mayın 7-də ABŞ-ın Pensilvaniya ştatında azərbaycanlı Nail Salamov evində uşaqlarının gözü qarşısında qətlə yetirilib.
Minval.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədən sonra 37 yaşlı Salamovun dost-tanışları sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edərək haqqında müsbət rəylər bildiriblər.
Məlumata görə, N.Salamov 1982-ci ildə Azərbaycanda dünyaya gəlib. O, Dövlət Neft Akademiyasını (ADNSU) bitirib. 1997-1998-ci illərdə təhsilini davam etdirmək üçün ABŞ-a gedib. O, Pensilvaniya Dövlət Universitetində təhsilini bitirdikdən sonra bir müddət “Reading” bankında çalışıb. Son zamanlar isə “Citizens bank”da fəaliyyət göstərib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Həyat yoldaşından ayrılan Nailin 8 və 10 yaşında Aydın və Yaqub adlı oğlu var. Məlum hadisədən sonra uşaqları anası öz yanına götürüb.
Qeyd edək ki, “gofundme” saytında N.Salamovun uşaqlarına dəstək üçün ianə kampaniyasına başlanılıb. Toplanmış vəsait onun atası İlham Salamova təqdim ediləcək.
Minval.info

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda