ABŞ-da arvadını öldürən Fuad Paşayevin həbsxanada meyiti tapıldı
ABŞ-ın Viskonsin ştatında həyat yoldaşını öldürməkdə şübhəli bilinən azərbaycanlı Kolumbiya rayon cəzaçəkmə müəssisəsinin birnəfərlik kamerasında ölü vəziyyətdə tapılıb.
Oxu.az “NBC15” saytına istinadən bildirir ki, 31 yaşlı Fuad Paşayevin ölümünü yerli məhkəmə-tibbi ekspert xidməti təsdiq edib.
Şerif Rocer Brendnerin bildirdiyinə görə, həbsxana nəzarətçiləri onu gündəlik yoxlama zamanı gecə 23:00 radələrində huşsuz vəziyyətdə aşkarlayıb. Reanimasiya tədbirləri heç bir nəticə verməyib.
Paşayev Vinskonsin Dellsdə həyat yoldaşının qətli ilə bağlı məhkəmə iclasında iştirak etməli idi. Həbsxana rəsmiləri onun intihar etdiyini bildirir.
Mərhumun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmasa da, istintaq davam edir.
Xatırladaq ki, Fuad Paşayev mart ayında ABŞ-ın Viskonsin ştatında yaşayan həyat yoldaşı 23 yaşlı ukraynalı Tatyana Qujvanı vəhşicəsinə öldürməkdə ittiham olunurdu. Paşayevə qarşı zorakılıq, boğma, qanunsuz şəkildə azadlıqdan məhrum etmə, əmlakın məhv edilməsi və digər maddələr üzrə cinayət işi qaldırılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı