ABŞ bu regionda Rusiyayla müharibəyə hazırlaşır –
ABŞ Şimali Atlantikada Rusiyayla qarşıdurmaya hazırlaşır.
Minval.info publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə “National Interest” jurnalı çıxış edib.
Nəşrin müşahidəçisinin fikrincə, bunu yüksək vəzifəli amerika hərbçilərinin bir neçə bəyanatı da göstərir.
ABŞ Hərbi Dəniz Donanmasının baş komandanı, admiral Con Riçardson müsahibələrindən birində bildirib ki, Rusiya son 25 il ərzində Şimali Atlantikada fəallığı əhəmiyyətli dərəcədə artırıb. Öz növbəsində, avqustun 3-də ABŞ-ın sualtı donanmasının komandanı təyin edilən vitse-admiral Çarlz Riçard “döyüşə hazırlaşmağa” çağırıb və izah edib ki, bu, onun əmridir. Onun sözlərinə görə, Amerika xalqı “qələbələr gözləyir və bu tələb edir”.
“National Interest” xatırladır ki, 2018-ci ildə qəbul edilən ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında Rusiya və Çinlə qarşıdurma məsələləri terrorizmlə müqayisədə daha əhəmiyyətli məsələlər kimi göstərilib.
Bundan başqa, may ayında ABŞ-ın Hərbi Dəniz Qüvvələrlərinin komandanlığı ikinci donanmanın bərpası planını elan edib. Şimali Atlantikanın şərq sahili onun fəaliyyətinin əsas zonası olacaq. Moskvanın Vaşinqtonun müttəfiqləri barəsində “ərazi iddiaları”na qarşı durmaq ikinci donanmasının əsas vəzifəsidir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı