ABŞ Avropada vəba xəstəliyi yayır? - ŞOK İDDİA

ABŞ-ın Üçüncü Dünya müharibəsi üçün sınaqdan keçirdiyi bioloji silah Şərqi Avropada Afrika donuz vəbası xəstəliyini yayır.
Minval.info axar.az-a istinadən bildirir ki, bu barədə “SputnikLatviya”nın əməkdaşı Aleksandr Xrolenko yazıb.
Jurnalistin bildirdiyinə görə, ABŞ bu sistemi əsasən poliqon hesab etdiyi Baltikyanı ölkələrdə həyata keçirir.
Xrolenko fikirlərini faktlarla əsaslandırıb. Bildirib ki, iyun ayında Latviyada 165 donuzda Afrika donuz vəbası aşkarlanıb. Ardınca 20 min heyvan məhv edildi. Litvada isə 41 Afrika donuz vəbası faktı aşkarlandıqdan sonra bu ölkə fermerlərinə donuzçuluqdan tamamilə imtina etməyi məsləhət görüblər.
Jurnalist qeyd edib ki, adıçəkilən xəstəlik təkcə Baltikyanı ölkələrdə deyil, Gürcüstan, Moldova, Ukrayna, Polşa kimi ölkələrdə də qeydə alınıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı