24.08.2026 - 23:32
Təhsil 201 baxış

Abituriyentlər üçün qəbul nəticələri açıqlandı!

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilən məlumatlara əsasən, abituriyentlər ixtisas seçimlərinin nəticələrini artıq öyrənə bilərlər.

Minval.info xəbər verir ki, hazırda Dövlət İmtahan Mərkəzinin rəsmi saytına girişdə müəyyən çətinliklər yaşanır. Buna görə də abituriyentlər 7727 nömrəsinə SMS göndərərək nəticələrini daha tez əldə edə bilərlər.

Qeyd edək ki, qəbul olunan tələbələrin qeydiyyat tarixləri də artıq açıqlanıb və yaxın günlərdə qeydiyyat prosesinə başlanacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: