Abituriyentlər üçün ixtisas seçimi sirləri: Məleykə abbaszadənin tövsiyələri
Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə, ixtisas seçimi prosesində abituriyentlərin diqqət etməli olduğu əsas məqamları izah edib.
Minval.info xəbər verir ki, Abbaszadə canlı yayımda abituriyentlərə topladıqları balı və müsabiqədəki mövqelərini düzgün qiymətləndirməyi tövsiyə edib. Onun sözlərinə görə, abituriyentin balı, müsabiqədə hansı mövqedə olduğunu müəyyən edən əsas faktorlardan biridir. Abituriyentlər öz nəticələrini digər iştirakçılarla müqayisə etmək üçün statistik məlumatlardan və “Abituriyent” jurnalında dərc olunan informasiyalardan istifadə edə bilərlər.
Məleykə Abbaszadə əlavə edib ki, abituriyentlərin istədikləri ixtisasa daha yüksək nəticə göstərən şəxslər qəbul oluna bilər, bu halda həmin ixtisasa yer çatmaya bilər. Lakin abituriyentin istədiyi ixtisası ərizəsində qeyd etdiyi halda, ondan daha aşağı nəticə göstərən şəxs həmin ixtisasa qəbul edilə bilməz.
DİM sədri vurğulayıb ki, ixtisasın ərizədə hansı sırada yazılmasının fərqi yoxdur, abituriyent müsabiqədə topladığı bal əsasında iştirak edir. Keçid balı isə müsabiqənin nəticəsinə əsasən formalaşır və ixtisasa qəbul olunanlar arasında sonuncu şəxsin balı həmin ixtisas üzrə keçid balı kimi müəyyənləşir.
Abbaszadə əvvəlki illərin keçid ballarına da toxunaraq, onların ixtisas seçimi zamanı müəyyən məlumat verə biləcəyini, lakin bu ilki müsabiqənin nəticələrini yalnız həmin göstəricilərə əsasən proqnozlaşdırmağın düzgün olmadığını bildirib. Bəzi ixtisaslarda keçid ballarının artması, bəzilərində isə azalması mümkündür.
DİM sədri abituriyentlərə ixtisasların ardıcıllığını düzgün müəyyənləşdirməyi tövsiyə edib. O, abituriyentlərin ilk növbədə ən çox istədikləri ixtisası, daha sonra digər seçimlərini yazmalarını məsləhət görüb. Abbaszadə dövlət sifarişi və ödənişli yerlərlə bağlı da nümunə çəkərək, abituriyentin ödənişli təhsil formasını dövlət sifarişli yerdən üstün tutaraq ərizəsində birinci qeyd etməsi halında, müsabiqənin nəticəsinə uyğun olaraq həmin ödənişli ixtisasa qəbul oluna biləcəyini bildirib.
ƏLAQƏLİ
Günəş tutulması şir, qoç və oxatan bürclərinə nə vəd edir? – Yeni imkanlar qapıda!
DİM sədri abituriyent və valideynlərə ixtisas seçimi zamanı yalnız rəsmi mənbələrdən istifadə etməyi tövsiyə edib və xüsusilə “Abituriyent” jurnalının 4-cü nömrəsində təqdim olunan məlumatlarla tanış olmağın vacibliyini vurğulayıb. “Qeyri-rəsmi saytlardan əldə olunan məlumatlara güvənməməlisiniz. Ən əsas məlumatlar rəsmi “Abituriyent” jurnalında təqdim olunur”, – deyə Abbaszadə bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Universitetə qəbulda 150 balla şans: III qrupda rəqabət qızışır
Abituriyentlər üçün həyəcanlı həftə: İxtisas seçiminə start verildi
Təhsil sənədləri artıq "myGov"da: Yeni funksiya istifadəyə verildi
Məktəbə hazırlıq başlayır: Uşaqların yuxu rejimi necə tənzimlənməlidir?