Abidələrimizə qarşı vandalizm: 68-i tamamilə dağıdılıb
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi və dini abidələrin vəziyyəti ilə bağlı narahatedici məlumatlar açıqlanıb. Bu ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə isə müxtəlif miqyasda dağıntılara məruz qalıb.
Minval.info xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirinin müavini Səadət Yusifova “Tarixi-dini abidələrin mühafizəsi: çağırışlar və perspektivlər” konfransında bu barədə danışıb. O bildirib ki, minalanmış ərazilərdə yerləşən 130 abidənin inventarlaşdırılması hələ başa çatmayıb. Təhlillər göstərir ki, digər abidələrə də zərər vurulub, onların tarixi mənsubiyyətinin mənimsənilməsi və saxtalaşdırılması halları, həmçinin vandalizm aktları qeydə alınıb.
İslam dini abidələri də genişmiqyaslı dağıntıya və təhqirə məruz qalıb. Belə ki, işğaldan azad edilmiş ərazilərdə 9 məqbərə, 3 qəbiristanlıq və 7 məscid tamamilə dağıdılıb. Daha 25 məscid, 14 məqbərə və 2 dini obyekt müxtəlif miqyasda dağıntılara məruz qalıb. Xristian dini irsinə aid obyektlər də vandalizm aktlarının qurbanı olub. Məsələn, Qubadlı rayonunda iki məbəd işğalçı qüvvələr tərəfindən döyüş mövqeyi kimi istifadə edilib. Bir sıra abidələrin divarlarında kiril əlifbası ilə müxtəlif yazılar və ifadələr də aşkarlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda yeni dəmir yolu marşrutu təqdim edildi
Sumqayıt sakinləri zibillikdən bezib: Vəziyyət dözülməzdir!
İnternet bahalaşır: Sürət artır, keyfiyyət sual altındadır
Kəmaləddin Heydərov könüllüləri təltif etdi
Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Prezidentin təltif etdiyi Famil Qasımov KİMDİR?
Bizon 13 həftədə 13 avtomobil hədiyyə etdi