“Abid Şərifov anlamır ki, oğurluğun xırdası və irisi olmur, hamısı cinayətdir”
Abid Şərifov bildirdi ki, Şəkidə inşa edilən tikilini hotel adlandırmaq yanlışdır, yazıldığı qədər böyük kompleks deyil, üçmərtəbəli yataqxana tipli bir yerdir və bunu böyütmək olmaz.
Məlumat üçün qeyd edək ki, “Şəki Park” hotel dördmərtəbəli binadan və ümumi sahəsi 5200 kvadratmetrdən çox olan 1, 2, 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var. Məsələ ilə bağlı fikirlərini konkret.az-la bölüşən iqtisadçı-alim Qubad İbadoğlu deyir ki, Abid Şərifovun açıqlamasından “məndən niyə yazırsınız, daha da böyükləri var, gedin onlardan danışın” fikirləri başa düşülür:
“Yəni onun məntiqi ilə balaca hotel oğurluq (əgər “Şəki Park”a balaca demək mümkündürsə) deyil, oğrular daha böyük biznesə malik olanlardır. Baxın, bu təfəkkürün sahibi Azərbaycanda 23 il baş nazirin müavini vəzifəsində çalışıb.
Abid Şərifov anlamır ki, oğurluğun xırdası və irisi olmur, hamısı cinayətdir. O sıradan nəvənin tikdikləri də sənin xalqdan və dövlətdən oğurladığın vəsaitlərin hesabınadır. Çox böyük ehtimalla “Şəki Park” oteli sizin oğurladığınızın xırda hissəsinə başa gəlib, necə deyərlər, babadan nəvəyə “pay” olub. Amma böyük günah edib onu da haram işlərinizə qarışdırırsınız.
Pulunuz varsa, ona yaxşı təhsil verin ki, sizdən sonra daimi gərəyi olsun. Yoxsa onu da tutub əlinizdən alacaqlar. Allah sizə ömür versin ki, Azərbaycan xalqı dövlətdən mənimsədiklərinizə görə ədalət məhkəməsində mühakimə olunmağınızı görsün. Yoxsa rahat yaşayıb, asan ölməyiniz çox böyük ədalətsizlik olardı. Yüz yaşayın!”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın hava proqnozu
Sabah hava necə olacaq?
Gəncədə polisi öldürən Rəşadın digər cinayətləri...
Qurban Qurbanovdan daha bir istefa
Deputat: "Ölən süpürgəçini heç kim işləməyə məcbur etməyib"
Kəlbəcərdə şəhid olan əsgər doğulduğu kənddə dəfn olunacaq
