Abid Qafarov həbs edildi
Özünü ictimai fəal kimi təqdim edən Abid Qafarov həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon Məhkəməsində bir qrup qazi tərəfindən onun barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətə baxılıb.
Məhkəmənin qərarı ilə, Abid Qafarov 1 il müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib. A.Qafarov məhkəmə zalında həbs edilərək birbaşa cəzaçəkmə müəssisəsinə aparılıb.
Qeyd edək ki, Abid Qafarov qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunurdu.
O, 2020-ci ildə deputatlığa namizəd olub.
Abid Qafarov həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırıldığını iddia etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Rusiya qazı ucuz deyil!
Kərkinin taleyi: Ermənistanın müzakirələri davam edir
Dərsliklər parlamentdə müzakirə olunacaq: Nazir də qatılır
11 sentyabrın 25-ci ildönümü: Müharibəsiz ilk anma
Ukrayna sərhəddə xüsusi rejim tətbiq edir
BMT Yəmən üçün təcili iclas çağırır
Husilər Əl-Moxa liman şəhərini ələ keçirdi