Abdullah Avcıdan Azərbaycan millisi ilə bağlı açıqlama
“Azərbaycan millisinin baş məşqçisi olacağımla bağlı indidən nəsə deməyim doğru olmaz”.
Bunu apasport.az saytına Türkiyə yığmasının keçmiş baş məşqçisi Abdullah Avcı deyib.
Yığmamızın baş məşqçi postuna namizədlərdən olan 57 yaşlı mütəxəssis məsələ ilə bağlı fikirlərini bildirib. Son iş yeri “Beşiktaş” olan Avcı Türkiyə mətbuatında haqqında yazılanların əksinə olaraq, konkret söz deməkdən çəkinib. O, AFFA ilə danışıq apardığını nə təkzib, nə də təsdiq edib:
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
“Mənim hazırda “Beşiktaş”la müqavilə məsələm tam həllini tapmayıb. Oradan ayrılsam da, təzminatla bağlı proseslər davam edir. Bu problem həllini tapmayınca hansısa klub və ya yığma ilə anlaşmağı düşünmürəm. Yalnız bundan sonra gələn təkliflərə konkret cavab verə və danışıq apara bilərəm”.
Qeyd edək ki, ötən ay “Beşiktaş”dan istefaya göndərilən Abdullah Avcı müqavilə müddəti başa çatmadığından, Türkiyə klubundan hər ay 1 milyon lirə təzminat alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq