Abbasın köməkçisinin məhkəməsi oldu - “İşə düzəltmək üçün 100 min istədi”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Abbas Bağırovun köməkçisi, dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin məhkəməsi keçirilib.
Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə baxış iclası baş tutub.
O.Mehrəliyev ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
ƏLAQƏLİ
Çimnaz sultanovanın məzarından duyğusal anlar: Rejissor nail naiboğlunun paylaşımı izləyiciləri kövrəltdi
Zərərçəkmiş Xətai Yusubov ifadə verərək deyib ki, O. Mehrəliyev Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə işə düzəltmək üçün ondan 100 min manat istəyib: “Orxan dedi ki, bacısının əri Rizvan Abbasov Daxili Qoşunlarda işləyir, ona deyəcək. Orxanla 50 minə razılaşdıq, pulu ona verdim. Sonra Rizvan Abbasovun işlədiyi yerə gedib, danışdıq. O, məndən Ədliyyə Nazirliyindən arayış almaq üçün əlavə 2500 manat pul istədi, onu da verdim. Bir müddət sonra bildim ki, Müdafiə Nazirliyində belə bir boş yer yoxdur və aldanıldığımı başa düşdüm. Rizvan Abbasovla bağlı Hərbi Prokurorluğa müraciət etdim, sonra işi Sumqayıt Prokurorluğuna göndərdilər”.
Proses fevralın 12-də davam etdiriləcək.
İttihama görə, O.Mirəliyev həmçinin, müğənni Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 KV/metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.
2017-ci ildə Maman Nadirovdan 3500 manat alaraq, onun cinayət işinə xitam verdirdirəcəyini vəd edib.
Qeyd edək ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.
“Qafqazinfo”
ƏLAQƏLİ
Qaxda təbiət möcüzəsinə gedən yolda ödəniş qalmaqalı: Ramramaya giriş pullu oldu?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vardanyanın kölgəli keçmişi: Talebin göz yumduğu risklər nələrdir?
Özəl bağçalar üçün dövlət dəstəyi: Yeni şərtlər və imkanlar nələrdir?
Canseverin səhhətində son durum: Reanimasiya və dualar tələb olunur