“Abbasın bir neçə əmlakı mənim adımadır”
Əməkdar artist Abbas Bağırovun köməkçisi, dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, O.Mehrəliyev ifadə verərək deyib ki, A. Bağırovla birgə işləyib: “Abbasın bir neçə əmlakı da mənim adımadır. Qarajı isə mən 15 min 500 manata həkimdən almışdım. Abbas qarajı onun yeznəsi Emilin adına keçirməyimi istədi, 15 min 500 manat pulumu verəcəyi dedi. Mən əvvəl qarajı etibarnamə ilə Emilin adına keçirdim, sonra ləğv etdim. Əgər mən dələduz olsaydım, Abbasın digər əmlaklarını ələ keçirərdim. Onun bahalı avtomobili də məndə idi. Abbas toylara 4 min 500 manata gedirdi. Digər epizodlarla bağlı onu deyim ki, mən nə Maman Nadirovadan, nə də Xətai Yusubovdan pul almışam”.
Proses aprelin 16-da davam etdiriləcək.
İttihama görə, O.Mirəliyev həmçinin, müğənni Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv/metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmin torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək, ondan 10 min manat pul alıb.
2017-ci ildə Maman Nadirovdan 3500 manat alaraq, onun cinayət işinə xitam verdirdirəcəyini vəd edib.
Qeyd edək ki, O.Mirəliyev müğənni İradə Mehrinin qardaşıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi